Modern.az

Rusiyanın qumar biznesinə qarşı SANKSİYALAR

Rusiyanın qumar biznesinə qarşı SANKSİYALAR

Dünya

11 Mart 2023, 23:24

Ukrayna Rusiya ilə əlaqəli qumar biznesinə qarşı sanksiyalar tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciəti zamanı bildirib.

 

O qeyd edib ki, Ukraynaya qarşı işləyən və müxtəlif rus birləşmələrini maliyyələşdirən 280-dən çox şirkət və 120 nəfər "qara siyahı"ya salınıb.

 

Zelenskinin sözlərinə görə, sanksiyalar üzərində diqqətlə işlənilib və on milyardlarla dolları əhatə edir.

 

Sanksiya tətbiq edilənlər arasında “Sportloto”, “Fonbet” kimi məşhur bukmeker şirkətləri də var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?