Modern.az

İmtahana qumbara keçirmək istəyənlər olub - DİM sədri

İmtahana qumbara keçirmək istəyənlər olub - DİM sədri

Təhsil

17 Mart 2023, 11:20

"Biz çalışırıq ki, imtahan otaqlarında bir-birini tanıyanlar olmasın".

 

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

"Ancaq sosial şəbəkələrdə bəzi abituriyentlər bir-birilə əvvəlcədən tanışlıq yaradır. Biz isə onlara sosial şəbəkədə müdaxilə edə bilmərik. Nə üçün bunlar qınanmır? Telefonu keçirmək üçün müəllimlər tapşırıq verir. "Telegram"da, bəzi kurslarda qanunsuz çağırışlar edilir", - DİM sədri bildirib.

 

Məleykə Abbaszadənin sözlərinə görə, əvvəllər imtahan zalına hansısa alətləri, bıçaq və qumbara keçirmək istəyənlər olub: "Biz kriminal xronikanı heç vaxt şişirtməmişik. Çünki hüquq mühafizə orqanları prosesə nəzarət edir və belə hallar olanda aradan qaldırılır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə