Modern.az

Bakıda 3 otaqlı mənzildə yanğın olub

Bakıda 3 otaqlı mənzildə yanğın olub

Hadisə

22 Mart 2023, 14:17

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 6 m² sahədə yanıb.

 

FHN-dən Modern.az-a verilən xəbərə görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

****

Bakıda yaşayış binası yanır.

 

Modern.az Trend-ə istinadən xəbər verir ki, hadisə metronun Həzi Aslanov stansiyası yaxınlığında, M.Hadi küçəsində qeydə alınıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yangınsöndürmə briqadası cəlb edilib.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?