Azərbaycanın GSM standartlı mobil rabitə operatoru "Azerfon" ölkənin digər operatoru "Azercell" şirkəti ilə saziş imzaladığını bildirib. Sazişə əsasən "Azerfon-Vodafone" və "Azercell" abunəçiləri öz aralarında MMS (Multimedia Messaging Service) göndərmək imkanından yararlana biləcəklər.
"Azerfon-Vodafone" yerli və xarici operatorlarla MMS müqavilələrin sayını gələcəkdə artırmaq niyyətindədir.
Modern.az