Modern.az

Akif Məlikov işdən çıxarıldı

Akif Məlikov işdən çıxarıldı

3 Aprel 2023, 15:40

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Əmək­dar incə­sə­nət xadimi Akif Məlikov işdən çıxarılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, A.Məlikovun əmək müqaviləsinin müddəti başa çatıb. Yaş həddi ilə əlaqədar onun müqavilə müddəti uzadılmayıb.

 

Qeyd edək ki, A.Məlikov 1989-cu ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsində çalışıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat