Modern.az

Qırğızıstanda latın əlifbasına keçid TƏKLİF EDİLİR

Qırğızıstanda latın əlifbasına keçid TƏKLİF EDİLİR

Aktual

19 Aprel 2023, 12:44

Qırğızıstan parlamentində latın əlifbasına keçid edilməsi təklif olunub.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, təşəbbüs iki deputat tərəfindən irəli sürülüb.

 

Deputatlar Emil Toktoşev və Kamilə Taliyeva bildiriblər ki, qırğız dilini qorumaq üçün latın əlifbasına keçid etmək lazımdır. “Kiril əlifbasında olan doğma qırğız sözlərimiz səhv yazılıb”, – Toktoşev deyib.

 

Ölkənin Dövlət Dil Komissiyasının sədri Kanıbek Osmonəliyev bildirib ki, 1993-cü ildən türkdilli dövlətlər arasında memorandum imzalandıqdan sonra latın əlifbasına keçməyə cəhdlər olub. O qeyd edib ki, siyasi qərar verilərsə, komissiyanın mütəxəssisləri keçid üçün müvafiq işləri görməyə hazırdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!