Modern.az

Qala Qoruğunda ağacəkmə aksiyası keçirilib - FOTOLAR

Qala Qoruğunda ağacəkmə aksiyası keçirilib - FOTOLAR

Aktual

19 Aprel 2023, 13:02

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Qala Qoruğunda ağacəkmə aksiyası keçirilib.

 

Modern.az xəbər verir ki, aksiyada İçərişəhər və Qala qoruqlarının sakinləri, İdarənin rəhbərliyi və əməkdaşları, Qoru Gənclər Təşəbbüs qrupunun üzvləri iştirak ediblər.

 

Aksiyanın keçirilməsində məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, eyni zamanda Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?