Modern.az

Bişkekdə Heydər Əliyevlə bağlı sərgi açıldı

Bişkekdə Heydər Əliyevlə bağlı sərgi açıldı

Aktual

19 Aprel 2023, 18:42

Qırğızstanın paytaxtı Bişkek şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərgi keçirilib.

 

Modern.az xəbər verir ki, sərgi ölkəmizin Qırğızstandakı səfirliyi tərəfindən təşkil olunub.

 

Sərgidə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto- şəkillər və Azərbaycanın görkəmli rəssamı Nailə Qəndilovanın Azərbaycan motivləri əsasında çəkdiyi rəsm əsərləri nümayiş etdirilib. Sərgini giriş nitqi ilə Azərbaycan Respublikasının bu ölkədəki səfiri cənab Lətif Qəndilov açıb. Sərginin açılışında iştirak edən Qırğızstan hökümətinin və parlamentinin yüksək vəzifəli nümayəndələri çıxış edərək Azərbaycan Respublikasının inkişafında və müstəqilliyin bərpa olunmasından sonrakı dövlət quruculuğu proseslərində Heydər Əliyevin tarixi rolundan bəhs ediblər. Sərgidə həmçinin Milli Məclisin üzvləri Musa Quliyev və Cavanşir Feyziyev, eləcə də Qırğızstanın tanınmış ictimai- siyasi və mədəniyyət xadimləri, Azərbaycan diasporasının təmsilçiləri iştirak ediblər.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?