Modern.az

ABŞ-da kütləvi qətllər rekord həddə çatır

ABŞ-da kütləvi qətllər rekord həddə çatır

Aktual

22 Aprel 2023, 09:08

ABŞ-da kütləvi qətllər rekord həddə çatır, bu günə qədər orta hesabla həftədə bir qətl törədilib.

 

Modern.az Al-Arabia News-a istinadən xəbər verir ki, 111 gün ərzində 17 kütləvi qətldə 88 nəfərin həyatına son qoyulub. Hər dəfə qatillər odlu silahlardan istifadə ediblər.

 

Prezident Co Bayden keçən il silah zorakılığı ilə bağlı qanun layihəsini imzalamış, ən gənc silah alıcıları üçün öncədən yoxlamaları sərtləşdirmişdi.

 

Ekspertlər və hüquq müdafiəçiləri ABŞ-da son illərdə silahların yayılmasını, o cümlədən pandemiyanın yüksək olduğu dövrdə rekord silah satışlarını bu cür hadisələrə səbəb kimi göstərirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?