Modern.az

Ucarda daha 3 narkotacir SAXLANILDI

Ucarda daha 3 narkotacir SAXLANILDI

Aktual

1 May 2023, 12:40

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.

 

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən qanunsuz əməllə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri Cavidan Hüseynov, Elnur Məmmədov və Qadir Abdullayev saxlanılıblar.

 

Həmin şəxslərdən müxtəlif çəkilərdə narkotik vasitə olan heroin və psixotrop maddə - metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.

 

Saxlanılanlar şəxslər barəsində RPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?