Modern.az

Selin Tərtərə vurduğu ziyan AÇIQLANDI

Selin Tərtərə vurduğu ziyan AÇIQLANDI

Aktual

1 May 2023, 13:35

Güclü yağış və dolunun Tərtərə vurduğu ziyan açıqlanıb.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Tərtər Rayon İcra Hakimiyyətindən məlumat verilib.

 

"30 aprel 2023-cü il tarixdə saat 17:00-18:00 radələrində yağan güclü yağış və dolu nəticəsində Tərtər rayonunun 8 yaşayış məntəqəsi üzrə 117 ev təsərrüfatına, 318 hektar taxıl, 267 hektar arpa, 94 hektar pambıq, 61 hektar günəbaxan, 129 hektar yonca, 32 hektar qarğıdalı, 3 hektar soğan, 300 hektar meyvə bağı, 4 hektar ting sahəsinə ağır və orta dərəcədə ziyan dəyib, 10 baş xırdabuynuzlu heyvan tələf olub" - deyə rəsmi açıqlamada bildirilib.

 

Qeyd edək ki, ötən gün ölkənin bəzi ərazilərinə güclü yağış yağması və dolu düşməsi bir sıra fəsadlara səbəb olub. Belə ki, Tərtər rayonunun Ağkənd, Dəmirçilər və Həsənqaya kəndlərinə yağan intensiv yağışlar səbəbindən fərdi evlər və həyətyanı sahələri, kənd yolları subasmaya məruz qalıb.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?