Modern.az

“Samsung ”dan işçilərə “ChatGPT” QADAĞASI

“Samsung ”dan işçilərə “ChatGPT” QADAĞASI

Dünya

2 May 2023, 11:05

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti işçilərə “ChatGPT”dən korporativ cihazlarda istifadə etməyi qadağan edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

 

Qərarın məlumat sızması təhlükəsi səbəbindən verildiyi qeyd olunub. Qadağa “ChatGPT” ilə yanaşı, oxşar texnologiya məhsullarından istifadəyə də tətbiq olunub.

 

Məlumata görə, aprel ayında "Samsung Electronics"in mühəndisləri "ChatGPT"yə yükləməklə korporativ mənbə kodunu təsadüfən sızdırıblar.

 

Şirkətdən bildirilib ki, bu və oxşar texnologiyalara yüklənən məlumatlar xarici serverlərdə saxlanılır və buna görə də üçüncü tərəflər üçün əlçatan ola bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?