Modern.az

Rusiyanın nüvə silahından istifadə ehtimalı azdır - Kəşfiyyat

Rusiyanın nüvə silahından istifadə ehtimalı azdır - Kəşfiyyat

Aktual

4 May 2023, 21:41

Rusiyanın Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə etmə ehtimalı azdır.

 

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatının direktoru Avril Qeyns deyib.

 

"Çox az ehtimaldır, bu, bizim hazırkı qiymətləndirməmizdir”, - o, Senatın Silahlı Qüvvələr Komitəsində dinləmələr zamanı bildirib.

 

Amerika rəsmiləri artıq bir neçə aydır bəyan edirlər ki, Rusiyanın nüvə silahından istifadə etməyə hazırlaşmasından əsər-əlamət yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?