Milli Məclisin təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yaşıllaşdırma aksiyası keçirilib.
Modern.az xəbər verir ki, aksiyada Milli Məclisin rəhbərliyi, komitə sədrləri, deputatlar və parlament aparatının kollektivi iştirak ediblər.
Aksiyanın məqsədi ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyətin və təbiətə qayğının təbliği ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir.