Modern.az

Türkiyə taxıl dəhlizi problemini HƏLL ETDİ

Türkiyə taxıl dəhlizi problemini HƏLL ETDİ

Aktual

9 May 2023, 15:55

Türkiyə Milli Müdafiə Nazirliyinin mənbələri Ankaranın təşəbbüsləri nəticəsində “taxıl dəhlizi”nin yenidən fəaliyyətə başladığını açıqlayıb.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ukraynanın restrukturizasiyaya (yenidən planlama – red.) cavabdeh nazirliyi “Rusiyanın yeni gələn gəmilər üçün qeydiyyatdan imtina edərək Qara dənizdə “taxıl dəhlizi” ilə bağlı razılaşmanı dayandırdığını” deyib.

 

Mövzu ilə bağlı açıqlama verən Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyənin təşəbbüsləri nəticəsində yoxlamalara start verildiyini və “taxıl dəhlizi”nin yenidən fəaliyyətə başladığını bildirib.

 

Qeyd edək ki, Ukraynadan taxıl ixracına dair müqavilə ötən ilin iyulun 22-də İstanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT tərəfindən 120 gün müddətinə imzalanıb. Tərəflər etiraz etmədiyi üçün saziş noyabrın 17-də daha 120 gün uzadılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?