Modern.az

Ukraynaya “Kub” göndəriləcək - Prezident söz verdi

Ukraynaya “Kub” göndəriləcək - Prezident söz verdi

Aktual

11 May 2023, 09:05

Çexiya yaxın vaxtlarda iki “Kub” hava hücumundan müdafiə sistemini ukraynalı hərbçilərə təhvil verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Çexiya radiosu Prezident Petr Pavelə istinadən məlumat yayıb.

 

Çexiya Ukrayna hərbçilərinin böyük təcrübəyə malik olduğu “Kub” komplekslərini Ukraynaya hədiyyə edəcək. Ölkə onlar üçün raketlər də alacaq.

 

Pavel hesab edir ki, Çexiya ordusu quru bölmələrinin hərəkətini dəstəkləmək üçün Kiyevə bəzi təyyarələr bağışlamağı da düşünməlidir. Söhbət yüngül hücum təyyarəsi “L-159”dan gedir.

 

“Biz Ukraynanı “L-159” təyyarəsi ilə təmin edə biləcəyimizi də düşünməliyik”, - prezident deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?