Modern.az

Muğanlı-İsmayıllı-Qəbələ yolunun kənarında daha çox ağac əkiləcək

Muğanlı-İsmayıllı-Qəbələ yolunun kənarında daha çox ağac əkiləcək

Aktual

11 May 2023, 17:21

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda yaşıllıq zonasına düşən və götürülməsinə zərurət yaranan ağacların əvəzinə götürüləndən daha çox ağac əkiləcək. 


Modern.az xəbər verir ki, bunu Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması ilə bağlı növbəti ictimai dinləmədə “Gidrotransproyekt” Elmi-tədqiqat mərkəzinin direktoru, “Evroskom” ASC-nin sədr müavini Natiq Əliyev deyib.

 

O bildirib ki, yolun genişləndirilməsi zamanı yaşıllıq zonada olan ağaclar sayılıb və onlardan köçürülə bilməyənlərin kompensasiya edilməsi üçün birmənalı olaraq daha çox ağac əkilməsi nəzərdə tutulub: 

 

"Tikinti aparılan sahədə köçürülməsi mümkün olmayan ağaclar götürülüb, yerinə daha çox ağac əkiləcək. Meşə fonduna aid olmayan diametri kiçik olan ağaclar isə yeni ərazilərə köçürülürlər. Buna görə qərara alınıb ki, köçürülə bilməyən ağacların əvəzinə ən azı iki dəfə daha çox ağac əkilsin".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?