Modern.az

Vətəndaşlar səsvermədə fəallıq göstərirlər - Türkiyəli nazir

Vətəndaşlar səsvermədə fəallıq göstərirlər - Türkiyəli nazir

Aktual

14 May 2023, 17:06

“Vətəndaşların səsvermə prosesindəki fəallığı və “Cümhur İttifaqı”na dəstək vermələri seçkilərin nəticəsinin necə olacağına bir işarədir”.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xəzinə və maliyyə naziri Nureddin Nebati Mərsin şəhərində seçkilərdə iştirak etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.


O bildirib ki, indiyədək davam edən seçki kampaniyası uğurlu olub. “Seçki kampaniyasını problemsiz başa çatdırdıq. Nəticələri birlikdə görəcəyik”, - nazir söyləyib.

 

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq. Prezident postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Əli Kərimliyə bu göstərişi verib - ŞOK DETALLAR üzə çıxdı