Modern.az

Belaruslu deputat Milli Məclisin xüsusi iclasında iştirak edəcək

Belaruslu deputat Milli Məclisin xüsusi iclasında iştirak edəcək

Aktual

15 May 2023, 15:04

Belarus Nümayəndələr Palatasının həmsədr müavini Valeri Mitskeviç mayın 16-da Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisin xüsusi iclasında iştirak edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə BelTA xəbər agentliyinə Nümayəndələr Palatasının mətbuat xidmətindən məlumat verilib.

 

Valeri Mitskeviç Milli Məclisin xüsusi iclasında salamlama nitqi ilə çıxış edəcəyi, həmçinin Milli Məclisin sədri Sahibə Qafarova ilə görüş keçirəcəyi planlaşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?