Modern.az

Təxribat törədən 2 erməni hərbçi zərərsizləşdirildi

Təxribat törədən 2 erməni hərbçi zərərsizləşdirildi

Aktual

18 May 2023, 09:12

Ermənistanın silahlı qüvvələrinin Azərbaycan Ordusuna qarşı təxribat törədən iki hərbçisi zərərsizləşdirilib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, onlardan biri ölüb, digəri yaralanıb.

 

Ölən hərbçi 2003-cü il təvəllüdlü Edqar Süleymanyandır. Yaralanan hərbçinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.

 

Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib. Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür.

Bu xəbər ilə bağlı
Ermənilər döyüş PUA-larını işə saldı - Ordumuz cavab tədbirləri görür
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?