Modern.az

ABŞ İrəvan-Bakı arasında birbaşa dialoqu DƏSTƏKLƏYİR

ABŞ İrəvan-Bakı arasında birbaşa dialoqu DƏSTƏKLƏYİR

Aktual

18 May 2023, 21:50

ABŞ Azərbaycan və Ermənistan arasında Moskvada baş tutacaq danışıqları dəstəkləyir.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel bildirib.

 

“ABŞ danışıqların harada getməsindən asılı olmayaraq, Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəkləyir”, - o deyib.

 

Xatırladaq ki, mayın 19-da Moskvada Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüş baş tutacaq. Danışıqlar zamanı Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?