Modern.az

6 500-ə yaxın dövlət işçisi hakerlərin qurbanı olub - SİYAHI

6 500-ə yaxın dövlət işçisi hakerlərin qurbanı olub - SİYAHI

Aktual

19 May 2023, 10:08

Bu ilin I rübündə Azərbaycanın dövlət qurumlarında çalışan 6 472 şəxs hakerlərin qurbanına çevrilib.

 

Bu barədə Modern.az-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.

 

Məlumata görə, Dövlət Xidmətinin həyata keçirdiyi “Kibergigiyena layihəsi”nə, “informasiya təhlükəsizliyinin təmini üzrə Təlimat”ın tətbiqinin təşviq edilməsinə, eləcə də həyata keçirilən digər maarifləndirmə tədbirlərinə baxmayaraq, dövlət qurumlarının əməkdaşları kibergigiyena qaydalarına riayət etməyərək haker hücumlarının qurbanına çevrilirlər.

 

Ən çox belə pozuntuya yol verən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin Azərbaycan Standartlaşma İnstitutunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarıdır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?