Modern.az

Leysan yağacaq, sel olacaq - XƏBƏRDARLIQ 

Leysan yağacaq, sel olacaq - XƏBƏRDARLIQ 

Ölkə

23 May 2023, 19:18

Azərbaycanın rayonlarında mayın 24-ü gündüz, 25-də əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

 

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?