Modern.az

Azərbaycanda xarici şans oyunları qadağan edilir

Azərbaycanda xarici şans oyunları qadağan edilir

Aktual

24 May 2023, 13:51

Xaricdə qeydiyyatdan keçən şans oyunlarının fəaliyyətinin məhdudlaşdırılması məsələsinə aydınlıq gətirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Elnur Əliyev danışıb.

 

“Qanunsuz katalizator qumar oyunlarının qarşısının alınması üçün yaxın zamanda İqtisadiyyat Nazirliyi və “Azərlotereya” tərəfindən qanunvericiliyə dəyişiklik təklif ediləcək. Bununla bağlı müraciət edilib. Böyük ehtimalla, yaxın zamanda xaricdə qeydiyyatdan keçən şans oyunlarının fəaliyyəti məhdudlaşdırılacaq”,- deyə nazir müavini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?