Modern.az

Özbəkistan XİN başçısı Ceyhun Bayramova zəng edib

Özbəkistan XİN başçısı Ceyhun Bayramova zəng edib

Aktual

28 May 2023, 18:14

Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

 

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Özbəkistan naziri Azərbaycan Müstəqillik Günü münasibətilə səmimi təbriklərini çatdırıb, ölkəmizin müstəqilliyinin möhkəm və davamlı olmasını arzulayıb.

 

Telefon danışığı zamanı iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri müzakirə olunub. Ölkələrimiz arasında ikitərəfli və regional əməkdaşlıq imkanlarının yüksək potensialı vurğulanıb.

 

Nazir Ceyhun Bayramov Özbəkistanlı həmkarına təbriklərə görə öz minnətdarlığını bildirib, ölkələrimiz arasında genişmiqyaslı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?