Modern.az

Cinayət törədən 87 nəfər saxlanıldı

Cinayət törədən 87 nəfər saxlanıldı

Aktual

29 May 2023, 11:00

Mayın 27-də və 28-də daxili işlər orqanlarının əməkdaşları ölkə ərazisində 129, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin üstünü açıblar.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 54, o cümlədən borclu şəxs qismində axtarılan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

 

Narkotiklərlə əlaqəli 60, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 87 nəfər saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?