Modern.az

Baş nazir oğlunu işdən ÇIXARDI

Baş nazir oğlunu işdən ÇIXARDI

Aktual

30 May 2023, 16:27

Yaponiyanın baş naziri Fumio Kişida böyük oğlu Şotaro Kişidanı siyasi katib vəzifəsindən azad edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Japan Times" qəzeti məlumat yayıb.

 

Şotaro Kişidanı "uyğun olmayan" davranışda ittiham edilir. Onun ötən həftə Yaponiyanın "Şukan Bunşun" jurnalı tərəfindən dərc edilmiş bir neçə fotoşəkili ictimaiyyətin qəzəbinə səbəb olub. Fotolarda Kişida dostları ilə birlikdə keçən il Baş nazirin rəsmi iqamətgahında Yeni il şənliyi təşkil etdiyi görünür.

 

Fotoşəkillərin birində Şotaro Kişida bir neçə dostu ilə birlikdə Baş nazirin rəsmi iqamətgahının qırmızı xalçasında poza verir.

 

Yaponiya mediası əvvəllər də Kişidanın oğlu tərəfindən digər qanun pozuntuları barədə məlumat verib. Bildirilir ki, o, atasını rəsmi səfərlərdə müşayiət edib, Paris və Londona şəxsi səfərləri üçün səfirlik avtomobillərindən istifadə edib.

 

Fumio Kişida oğlunun davranışının baş nazirin siyasi məsələlər üzrə katibi vəzifəsini tutan biri üçün uyğun olmadığını, bu səbəbdən də oğlunu işdən çıxarmaq qərarına gəldiyini və bu davranışına görə məsuliyyət daşıdığını bildirib. Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, rəsmi iqamətgahdan sui-istifadə hallarının qarşısını almaq üçün tədbirlər görüblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?