Modern.az

Göygöldə uşaqlar günüqeyd edilib

Göygöldə uşaqlar günüqeyd edilib

Aktual

1 İyun 2023, 10:06

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon sektorunun Göygöl rayon Hacıməlik qəsəbəsində yerləşən 5 saylı körpələr evi uşaq baxçasında  28 May Müstəqillik Günü və 1 İyun Uşaqların Beynəlxalq müdafiəsi gününə həsr olunmuş tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon sektorunun müdiri Namiq Rəcəbov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, təhsil sektorunun əməkdaşları və Körpələr evi - uşaq baxcasının müəllim kollektivi   iştirak edirdi.

 

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Körpələr evi - uşaq baxcasının müdiri Yeganə Məmmədova qonaqları salamlayaraq tədbir haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə cənab Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti hazırda milli strategiyaya çevrilib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.

 

Şərqi  Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon sektorunun müdiri Namiq Rəcəbov çıxışında bildirdi ki, Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev uşaq hüquqlarının qorunmasına böyük önəm verir.

 

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxışında bildirdi ki, ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Prezident cənab İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz nümunəsidir.

 

Sonra Körpələr evi-Uşaq bağçasında balaca fidanlara bayram konserti göstərilib. Uşaqlardan ibarət rəqs qrupları, şən və hazırcavab balacalar çıxış edərək şeirlər və mahnılar səsləndiriblər. Uşaqların hazırladığı proqram tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Sonda YAP Kəlbəcər rayon təşkilatı tərəfindən  Partiyanın  fəal üzvlərinə Fəxri fərmanlar təqdim edildi.

 

Android için Mail.ru uygulamasından gönderildi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?