Modern.az

Ukraynadakı yeni səfirimiz tezliklə fəaliyyətə başlayacaq 

Ukraynadakı yeni səfirimiz tezliklə fəaliyyətə başlayacaq 

Aktual

1 İyun 2023, 22:10

Azərbaycanın Ukraynaya yeni səfiri təyin olunub və səfir tezliklə fəaliyyətə başlayacaq.

 

Modern.az xəbər verir ki, bunu iyunun 1-də Moldovanın paytaxtı Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.

 

Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparılıb, Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında Ukraynaya səfəri və səfər zamanı keçirilmiş müzakirələr qeyd edilib. Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi