Modern.az

Mehdiabadda 35 yaşlı kişi qətlə yetirilib

Mehdiabadda 35 yaşlı kişi qətlə yetirilib

Aktual

11 İyun 2023, 09:20

Mehdiabadda 35 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanılıb.

 

Bu barədə Modern.az-a Abşeron rayon prokurorluğundan bildirilib.

 

İyunun 10-u saat 21 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində 1988-ci il təvəllüdlü Sultan Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılmış araşdırmalarla 1991-ci il təvəllüdlü Hüseyn Qasımovun aralarında yaranmış mübahisə zamanı tanışı Sultan Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hüseyn Qasımov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

 

İbtidai istintaq davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?