Türkiyənin paytaxtı Ankara şəhərində bir çox küçələri su basıb.
Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ankarada güclü leysan və dolu səbəbindən bəzi küçələrdə gölməçələr əmələ gəlib.
Su basmış yollarda hərəkət çətinləşib. Avtomobillərində köməksiz qalan vətəndaşlar yanğınsöndürənlər və sakinlər tərəfindən xilas edilib.