“Ən çox iki sahədə boşluqlar var, bunlar taksi sifarişi operatorları və avtobus hesab edilməyən, eləcə də taksi olmayan minivanlardır”.
Modern.az xəbər verir ki, bunu AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komissiyasının iclasında bildirib.
“Minivanların xəttə daxil olması ilə yollarda hərəkət iflic olub. Avtovağzallarda bilet satışı dayanıb, çünki bu cür maşınlar biletlə işləmir. Yenilənmiş qanunda həmçinin “taksi sifarişi operatoru” anlayışı verilir, göstərdiyi xidmətin mahiyyəti dəqiqləşdirilir. “Fərdi məlumatlar haqqında” qanuna riayət edilməsi vəzifəsi müəyyən edilir. Buraxılış kartı olmayan daşıyıcıya və yaxud sürücüyə taksi sifarişi xidmətinin göstərilməsi qadağan olunur”,- deyə Anar Rzayev vurğulayıb.