Modern.az

Taksi sürücüləri 8 saatdan artıq işləyə bilməyəcək

Taksi sürücüləri 8 saatdan artıq işləyə bilməyəcək

Aktual

12 İyun 2023, 13:43

“Hazırda taksi sürücülərinin gündəlik olaraq iş saatları 14 və ya 15 saatdır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

 

“Biz bu gün yeni qanunun tənzimlənməsi ilə onların iş saatlarını gündəlik olaraq 8 saata endirəcəyik. Bu da taksi fəaliyyətində keyfiyyəti artıracaq. Sürücülərin iş saatlarının azaldılması onların gəlirlərindən və işlərindən məhrum olması demək deyil”, - deyə nazir vurğulayıb.

 

 

Bu xəbər ilə bağlı
Məqsədimiz taksilərin sayını deyil, gedişləri azaltmaqdır - NAZİR
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?