Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib.
Modern.az xəbər verir ki, o, bu barədə özünün rəsmi tvitter hesabında yazıb.
“İki bədəndə bir can, Türkiyə-Azərbaycan!
Dost və qardaş ölkə Azərbaycanın Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin ildönümü mübarək.
Birliyimiz, həmrəyliyimiz əbədi olsun”, - paylaşımda qeyd olunub.