NATO Baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti daha bir 1 il uzadıla bilər.
Modern.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Məlumata görə, NATO üzvləri Yens Stoltenberqi əvəzləyə biləcək namizədlə bağlı ortaq nəticəyə gələ bilməyiblər.
Qeyd edək ki, Yens Stoltenberq NATO-ya 9 ildir ki, rəhbərlik edir və bu ilin sentyabrında postunu tərk etməyi planlaşdırır.