Modern.az

Rüstəm Minnixanov Şəhidlər xiyabanını ziyarət etdi

Rüstəm Minnixanov Şəhidlər xiyabanını ziyarət etdi

Ölkə

18 İyun 2023, 10:13

Azərbaycan Respublikasında səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov iyunun 18-də Şəhidlər xiyabanını ziyarət edib.

 

Modern.az xəbər verir ki, Tatarıstanın Rəisi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb.

 

Tatarıstanın Rəisi “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

 

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir