Dünya Bankı Ukrayna büdcəsinə 63 milyon avro köçürüb. Həmin vəsait müəllimlərin maaşına sərf olunacaq.
Modern.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
“Vəsait Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən Dünya Bankının “Ukraynada davamlı dövlət idarəçiliyinin təmin edilməsi üçün dövlət xərclərinə dəstək” layihəsi çərçivəsində sərfəli şərtlərlə verilib”, - açıqlamada deyilir.
Bildirilib ki, kreditin qaytarılma müddəti 10 ildir. 4 illik güzəşt dövrü nəzərdə tutulub.
Diqqətə çatdırılıb ki, vəsait 2023-cü ilin fevral və mart ayları üzrə dövlət orqanları işçilərinin və müəllimlərin əməyinin ödənilməsinin təmin edilməsi üçün çəkilmiş büdcə xərclərinin qismən ödənilməsinə yönəldiləcək.