Modern.az

Nazir müavinindən dərmanların qiyməti ilə bağlı ETİRAF: Bizdə bahadır

Nazir müavinindən dərmanların qiyməti ilə bağlı ETİRAF: Bizdə bahadır

Ölkə

20 İyun 2023, 13:18

Azərbaycanda dərman vasitələrinin qiymətləri müəyyən ölkələrlə müqayisədə bahadır.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib.

 

“Burada müəyyən ölkələrin də siyahısını təqdim etsək görərik ki, bunun səbəbi nədir. Biz dərman vasitələrinin qiymətini çox zaman Türkiyə ilə müqayisə edirik. Amma nəzərə alaq ki, Türkiyə özü dərman istehsalçıdır. Bu da qiymətə təsir edir. Bəli, qiymətin baha olmasını qəbul edirik. Bu istiqamətdə qiymət siyasətini müəyyənləşdirmək haqqında Tarif Şurası ilə çox ciddi danışıqlar aparılır. Detalları açıqlamaq istəmirəm, bu barədə qanun layihəsi təqdim olunacaq”, - deyə nazir müavini qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat