Dərman vasitələri üçün içlik vərəqələrinin Azərbaycan dilində olması tələbi idxalçılar üçün kifayət qədər ciddi problem yaradırdı.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib.
"Xarici dərman şirkətləri Azərbaycan dilində içlik vərəqələri hazırlamaqda maraqlı deyildilər. "Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə dil məhdudiyyətinin aradan qaldırılması təklif edilir. Türk, rus və digər dillərdə də içlik vərəqələrinin qəbul olunması təklif edilir”, - deyə o bildirib.