Modern.az

Erməni vəkillər DİN-in qarşısında etiraz aksiyası keçirdi

Erməni vəkillər DİN-in qarşısında etiraz aksiyası keçirdi

Aktual

20 İyun 2023, 14:12

Bu gün Ermənistan Daxili İşlər Nazirliyinin (DİN) qarşısında vəkillərin etiraz aksiyası keçirilib.

 

Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, vəkillər aksiyanın sonunda tələblərinin əks olunduğu məktubu nazirliyə təqdim ediblər.

 

“Polislər tərəfindən həmkarımız Karen Alaverdiyanın döyülməsi, gözyaşardıcı qazdan istifadə olunması, eləcə də saxlanılma və axtarış faktını qətiyyətlə pisləyirik!”, “Alaverdiyanın döyülməsində əli olan polis əməkdaşlarının səlahiyyətlərinə xitam verilməsini tələb edirik”, - deyə məktubda bildirilib.

 

Tələblər sırasında həmçinin DİN-in İrəvan Şəhər Polis İdarəsinin mərkəzi bölmə sədrinin səlahiyyətlərinin dayandırılması da var. Vəkil Ara Zoqrabyan jurnalistlərə bildirib ki, tələbə 878 həmkarı imza atıb.

 

“Əgər tələblərimiz yerinə yetirilməsə, vəkillər mitinq keçirəcəklər”,- o vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?