Modern.az

54 ildə 99 milyondan çox insan HACI olub

54 ildə 99 milyondan çox insan HACI olub

Aktual

25 İyun 2023, 08:50

Səudiyyə Ərəbistanının Statistika İnstitutu 1968-ci ildən müqəddəs torpaqlara Həcc ziyarətinə gələnlərlə bağlı statistik məlumatların toplanmasına başlayıb.

 

Modern.az bildirir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi SPA məlumat yayıb.

 

Bildirilib ki, 54 il ərzində 99 milyondan çox zəvvar Məkkəyə səfər edib. Bu il 2,4 milyon insan Həcc ziyarətinə gedib.

 

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyindən verilən məlumata görə, cari ildə əcnəbi zəvvarlar üçün Həcc ziyarəti xərcləri 39 faiz azaldılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?