Modern.az

Gecə saatlarında qanunsuz torpaq daşıyanlar - FOTOLAR

Gecə saatlarında qanunsuz torpaq daşıyanlar - FOTOLAR

Aktual

25 İyun 2023, 09:40

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Sabunçu, Xəzər və Binəqədi rayonları ərazisində gecə saatlarında torpaq, qum və qarışıq süxur daşıyan nəqliyyat vasitələri müəyyən olunub.

 

Bu barədə Modern.az-a ETSN-dən bildirilib.

 

Qeyd edilib ki, Sabunçu rayonu ərazisində “Ford” markalı 50-EG-722, Maştağa körpüsü yaxınlığında “HOWO”markalı 01-CE-885, “MAN” markalı 77-HZ-513, 77-HZ-421, 77-HZ-573, Zabrat qəsəbəsində “Kamaz” markalı 01-BE-465, “Ford” markalı 99-ZN-832, “Shagman” markalı 99-SF-995, “Mercedes” markalı 99-XB-788, Nardaran qəsəbəsi ərazisində “Kamaz” markalı 50-BS-205, 77-BO-431, 90-ET-153, 90-HM-153, Binəqədi rayonu ərazisində “Kamaz” markalı 10-BY-326, 90-CO-715, 60-BH-864, 77-BO-431, Xəzər rayonu ərazisində “HOWO” markalı 90-UG-673, “Kamaz” markalı 56-BX-416, 56-BD-562, “MAZ” markalı 56-BA-973 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə torpaq, qum və qarışıq süxur daşınması faktları məlum olub.

 

Faktlarla bağlı aktlar tərtib olunub, nəqliyyat vasitələrinin məxsus olduğu şəxslərin kimliyini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub. Daha sonra qanun pozucularının inzibati məsuliyyətə cəlb olunması üçün qanunamüvafiq tədbirlər görüləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?