Modern.az

Anar Eyvazova yeni rütbə və yüksək vəzifə verildi

Anar Eyvazova yeni rütbə və yüksək vəzifə verildi

Ölkə

26 İyun 2023, 15:36

Anar Eyvazov Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

 

Modern.az xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı əmr imzalayıb.

 

Bundan əlavə, ona polkovnik rütbəsi verilib.

 

Qeyd edək ki, Anar Eyvazovdan öncə nazirliyin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı olub. O, 2021-ci ilin sentyabr ayında vəzifəsindən azad edilərək, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi təyin edilib.

 

İndiyədək Mətbuat xidmətinin rəis müavini Anar Eyvazov idarə rəisi vəzifəsini icra edirdi.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?