Modern.az

İsmayıllıda tur ovlayan şəxs saxlanılıb

İsmayıllıda tur ovlayan şəxs saxlanılıb

Aktual

5 İyul 2023, 09:35

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları keçirdiyi nəzarət tədbirləri zamanı İsmayıllı rayonu, Burovdal kəndi yaxınlığındakı dağlıq ərazidə tur ovlayan şəxsi saxlayıb.

 

Xidmət rəsmisi Xaliq Mirzəyev Modern.az-a bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin İsmayıllı rayonu, Candahar kənd sakini Rövşən Cavadov olduğu müəyyən edilib.

 

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?