Modern.az

Ötən sutka 101 yanğına çıxış olub - 9 nəfər xilas edilib

Ötən sutka 101 yanğına çıxış olub - 9 nəfər xilas edilib

Aktual

5 İyul 2023, 11:10

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 101 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

FHN-dən Modern.az-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 9 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib. Həmçinin Samur-Abşeron kanalının Quba rayonunun Hacıqaib kəndi ərazisindən keçən hissəsində batması ehtimal olunan bir nəfərin axtarışlarına dalğıc-axtarış qrupu cəlb olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?