Modern.az

Fransanın siyasəti sülhə xidmət etmir - Fərid Şəfiyev

Fransanın siyasəti sülhə xidmət etmir - Fərid Şəfiyev

Aktual

6 İyul 2023, 10:48

“Fransanın siyasəti Cənubi Qafqazda heç də davamlı sülhə xidmət etmir”.

 

Modern.az-ın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən tədbirdə deyib.

 

O bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasından ötrü səylər göstərir: “Lakin Fransa Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına fərqli münasibət ortaya qoyur”.

 

F.Şəfiyev qeyd edib ki, Qoşulmama Hərəkatı vacib platformadır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?