Modern.az

Bu dərmanların keyfiyyətinə zəmanət verilmir - Nazir müavini

Bu dərmanların keyfiyyətinə zəmanət verilmir - Nazir müavini

Aktual

6 İyul 2023, 12:54

“Şəxsi istifadə üçün ölkəyə dərman gətirilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur”.

 

Modern.az xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin növbədənkənar sessiyasının iclasında deyib.

 

"Fiziki şəxsin öz şəxsi istifadəsi üçün dərman gətirməsinə lazımi şərait yaradılıb. Əgər hər hansı bir şəxs Azərbaycanda müalicə alırsa, öz müalicəsi üçün zəruri dərman vasitələrini xaircdən gətirə bilər. Dərman vasitəsini şəxsi məqsədlər üçün gətirənlər bəzən bunu sonradan satırlar. Bu dərmanların keyfiyyətinə zəmanət verilmir”,- deyə o bildirib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?