Modern.az

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təqdir olunur

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təqdir olunur

Aktual

6 İyul 2023, 23:19

İyulun 6-da xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun nazirlər görüşü çərçivəsində Nepal Federativ Demokratik Respublikasının xarici işlər naziri Narayan Prakaş Saud ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Modern.az-a bildirilib ki, görüş zamanı Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi təqdir olunub.

 

İki ölkə arasında siyasi məsləhətləşmələrin aparılmasının əhəmiyyətini, iki ölkənin müvafiq qurumları arasında əlaqələrin həm ikitərəfli, həm də çoxtərəfli platformalar çərçivəsində inkişaf etdirilməsinin vacibliyini, xüsusilə də turizm sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğu vurğulanıb.

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?