Modern.az

Nizamidəki yanğın söndürüldü - YENİLƏNİB

Nizamidəki yanğın söndürüldü - YENİLƏNİB

Aktual

7 İyul 2023, 14:02

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi yaxınlığında yanğın olması barədə ilkin məlumat daxil olub.

 

FHN-dən Modern.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

 

Əməliyyat şəraiti qiymətləndirilən zaman təkər tullantılarının yandığı məlum olub. Yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

 

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi yaxınlığında yanğın olması barədə ilkin məlumat daxil olub.

 

FHN-dən Modern.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

 

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. İlkin məlumata əsasən, boş ərazidə təkər tullantıları yanır.

 

Əlavə məlumat veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?