Modern.az

Ağalı və Talışda 190 sakin məşğulluq proqramı ilə əhatə olunub

Ağalı və Talışda 190 sakin məşğulluq proqramı ilə əhatə olunub

Aktual

8 İyul 2023, 14:00

Böyük Qayıdış proqramı çərçivəsində Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndlərinin sakinlərinin məşğulluğuna dəstək tədbirləri davam edir.

 

Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Ağalı və Talış kəndlərində artıq 190 şəxs aktiv məşğulluq proqramları ilə əhatə olunub.

 

Onlardan 19 sakin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə təşkil olunan biznes təlimlərə cəlb edilib və təlimlərdən sonra özünüməşğulluq proqramı üzrə aktivlər verilərək onlar üçün kiçik təsərrüfatlar yaradılıb.

 

Digərlərinin ərazi üzrə iş yerlərində məşğulluğunun təminatı işləri aparılıb. Məşğulluğu təmin olunanlardan 21 nəfəri peşə hazırlığı kursuna cəlb edilərək kursu bitirdikdən sonra, 13-nəfəri isə “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə işlə təmin olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi